Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iyunun 8-də saat 9:00-dan 12:00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13:00-dan 18:00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, iyunun 9-da saat 9:00-dan 13:00-dək nazirliyin İsmayıllı rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14:00-dan 18:00-dək Göyçay rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında həmin rayonlardakı əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidmətləri ilə təmin ediləcəklər.
İyunun 10-da isə saat 9:00-dan 13:00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və saat 14:00-dan 18:00-dək Ağsu rayon mərkəzi xəstəxanasında protez-ortopedik bərpa xidmətləri davam etdiriləcək.
Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əvvəlcədən qeydiyyatı aparılmış, habelə qeyd olunan vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən müvafiq şəxslər protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar.
İnterpress.az