Bunu Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev bəyan edib.
“Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, deyə DİN rəsmisi bildirib.
Qeyd edək ki, Qazaxıstanın Aktyubinsk vilayətinin Aktobe şəhərində iki silah mağazasına və hərbi hissəyə dini radikal dəstələrin nümayəndələrinin hücumu nəticəsində, bir neçə nəfər öldürülüb, onlarla yaralı var.
İnterpress.azhttps://youtube.com/watch?v=cBHw4dcDc3M