Nazim İbrahimov prezidenti və xalqı aldadır-İttihambackend

Nazim İbrahimov prezidenti və xalqı aldadır-İttiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Unikal.org-un bu dəfəki müsahibi Belçikada diaspora fəalı və bu sahədə çoxlu sayda layihələr reallaşdıran Bülənt Gürcamdır.
Müsahibədən öncə Unikal.org oxucular üçün Bülənt Gürcam haqqında qısa arayış təqdim edir.
Əslən Qərbi Azərbaycandan olan Bülənt Fərman oğlu Gürcam Belçikada fəal diaspora fəaliyyətinə 1980-ci ildən başlayıb. O 1987-ci ildə Belçikada ilk dəfə olaraq türk dilində \”Qürbət\” qəzetini nəşr edib. Ermənilərin başımıza gətirdiyi dəhşətlərlə bağlı Belçikada dəfələrlə \”Xocalı çadırı\” təşkil edib.

Nazim İbrahimov prezidenti və xalqı aldadır-İttiham

Fransız dilində xarici turistlər üçün \”Azərbaycan mətbəxi\”\”Əsir torpaq Qarabağ\” kitablarının müəllifidir. \”Vətən\” cəmiyyətinin dəstəyi ilə 1989-cu ildə vətəni görmək üçün Bakıya dəvət edilən B.Gürcam, 20 Yanvar hadislərinin canlı şahidi kimi lentə aldığı foto və video görüntüləri bütün dünyaya yayıb. Avropada yaxşı tanınan, Azərbaycan diaspora nümayəndəsi Bülənt 2003-cü ildən Xocalı Faciəsinin anımı ərəfəsində 4 dildə \”Genocide\” jurnalını nəşr edərək yayır.

Nazim İbrahimov prezidenti və xalqı aldadır-İttiham

Müsahibimiz həmçinin \”Belçika Azərbaycan Evi\”nin təsisçisi və rəhbəri, eyni zamanda xaricdə yayımlanan \”Euro Xəbər\” qəzetinin baş redaktorudur.

-Bülənt bəy, ilk olaraq başlayaq yaxın günün vacib olayından. Almaniya Bundestaqı saxta erməni „soyqırımı\” ilə bağlı sənədi qəbul etdi. Bu hadisənin baş verməməsi və dünya ictimaiyyətinin bu məsələ ilə bağlı düzgün məlumatlandırılması istiqamətində diasporanın üzərinə hansı məsuliyyət düşürdü?

Nazim İbrahimov prezidenti və xalqı aldadır-İttiham

-Bu məsələdə təəssüflər olsun ki, Azərbaycan və Türkiyə tərəfi Avropa ölkələrinə lazımi qədərdə və səviyyədə informasiya ötürə, xaricdə olan diplomatlarını, xüsusilə Avropada olan diaspora təşkilatlarını yetərincə məlumatlarla təmin edə bilmir. Təbliğat işi ilə bağlı vacib sənədlər göndərilmir. Onlara yaşadıqları ölkələrin dillərində vacib informasiyalar verilmir. Bu səbəbdən də bizlər həmin ölkələrin aidiyyatı orqanlarına lazımı bilgiləri faktları təqdim etməkdə çətinlik çəkirik. Dolayısı ilə buradakı parlamentarilər ermənilərdən əldə etdiyi məlumatları, informasiyaları qəbul edirlər. Açıq şəkildə ermənilər yaranan boşluqdan istifadə etməyi bacarırlar. Bu işdə suç yalnız və yalnız bizim özümüzdədir.

-Sizcə, Azərbaycan və Türkiyə diasporasının ortaq problemi nədir?

-Burada üzərində duracağımız ən önəmli məsələ informasiyha ilə təminat məsələsidir. Həm Türkiyə, həm də Azərbaycan diaspora təşkilatları lazımi səviyyədə məlumatlarla təmin edilmir. Diaspora olduğu ölkələrdə işini lazımi səviyyədə qura və təşkil edə bilmədiyi üçün ermənilər də yaranmış vəziyyətdən rahat şəkildə istifadə edirlər.

Nazim İbrahimov prezidenti və xalqı aldadır-İttiham

-Ölkəmizin xaricdə olan diasporasının işini koordinasiya edən aidiyyatı qurum Diporla İş Üzrə Dövlət Komitəsidir. Diaspora fəalı olaraq bu qurumun fəaliyyətini necə dəyərlədirirsiniz?

-Uzun illərdir bu qurumun fəaliyyətini davamlı olaraq tənqid edirəm. Mən iki dəfə Dünya Azərbaycanlılarının Qurultayına çağrılmışam. Tədbirdə çıxış edəcəyim mətni Nazim İbrahimova göndərmişəm. Ancaq mənə icazə verilməyib. Çünki nlar ancaq özlərinə lazım olan, onların diktə etdiyi fikirləri səsləndirəcək adamlarını qurultaya dəvət edirlər. Həmin insanların çıxışlarını da əvvəlcədən hazırlayıb əllərinə verirlər ki, sən çıxışında bunları deməlisən. Qurultayda həqiqət gizlədilir. Dövlət başçısına yalan söylənilir. Prezident Azərbaycan diasporasının problemləri barədə məlumatlandırılmır. Kimsəyə də icazə vermirlər ki, bu problemləri dilə gətirsin. Tanımadıqları və onlarla iş birliyində olmayan adamları qurultaya dəvət etməzlər. Başda mən olmaqla diaspora ilə bağlı təndiqi fikirlər səsləndirəcək insaları ümumiyyətlə qurultaya buraxmazlar. Dünya Azərbaycanlılarının III Qurultayında öz imzamla rəsmi olaraq yazdım ki, məni dəvət etməyin. Əgər mənə danışmaq izni verilməyəcksə, özümü ifadə etməyə şərait yaradılmaycaqsa, Azərbaycanın Belçikadakı diasporasın problemlərini dilə gətirə bilməyəcəmsə niyə o qurultayda iştirak etməliyəm. 4-cü qurultaya təbii ki, yenə dəvət olunmadım. Komitə bir ay öncədən hazırladığı mətnləri bir neçə tanıdığı şəxsə göndərir, o da tədbirdə həmin fikirləri səsləndirir, Prezident də bu fikirləri eşidir. Ölkə başçısında elə təəssürat yaradırlar ki, Azərbyacanın diasporası dünyada yüksək səviyyədə fəaliyyət göstərir. Təəssüflər olsun ki, bu belə deyil. Bu şəxslər ölkə prezidentini və milləti aldadırlar. Mən dəfələrlə komitənin yarıtmaz fəaliyyət ilə bağlı yazılar yazmişam. Bu gün də Sizin qəzetiniz vasitəsi ilə dünyada yaşayan azərbaycanlılara anlatmaq istəyirəm ki, qurultayın fəaliyyəti yalandı.

Nazim İbrahimov prezidenti və xalqı aldadır-İttiham

-Azərbaycan Prezidentinin İctimai Siyasi Məsələlər üzrə köməkçisi Əli Həsənov Ans televiziyasının \”Hesabat\” verilişinə müsahibəsində bildirdi ki, erməni lobbisi çox güclüdür və sistemli şəkildə fəaliyyət göstərir. Sizcə niyə erməni diasporası güclü ola bilir bizim diaspora yox?

-Erməni diasporası bir əldən və vahid mərkəzdən idarə olunur. Buna görə də dünyanın bir çox yerlərində istəklərinə nail olurlar. Dövlətləri, daşnak örgütü tərəfindən yaxşı idarə olunurlar. Bizdəki sistem isə tamamilə fərqlidir. Çünki mənfəət üzərində qurulub. Bizdə Diasporla İş üzrə Dövlət Komitəsinin mənfəət çevrəsində olmayan diaspora təşilatı nə iş görə, nə də fəaliyyət göstərə bilər. Onun fəaliyyətini iflic edərlər. Misalçün arı pətəyinin içərisində olan arılar bal hazırlayan zaman kənardan arı gəlirsə onu məhv edirlər. Komitənin də fəaliyyəti buna bənzəyir. Mənim kimi yüzlərlə insan var. Mənim fəaliyyətimi Azərbaycanı tanıyan insanlar bilir. Azərbaycan haqqında 5 kitabın müəllifiyəm. Bundan əlavə Azərbaycanla bağlı vacib işlər görmüşük, qəzetlər, jurnallar dərc etmişik. Bizim gördüyümüz işlər heç zaman komitə tərəfindən qəbul edilməyib. Çünki onların bu işdə şəxsi barmaqları yoxdur. Biz bunları ancaq öz imkanlarımızla etmişik.

Nazim İbrahimov prezidenti və xalqı aldadır-İttiham

-Sizcə Azərbaycan diasporası bundan sonra necə güclü ola bilər?

-Azərbaycan diasporası o zaman güclü olacaq ki, Diaspora Komitəsi ləğv olunacaq. Bu zamana qədər onun Azərbaycan dövlətindən aldığı büdcə şəxsi məqsədlər üçün istifadə olunub. İnandırım Sizi ki, hazırda da bir bayrağa, bukletə, broşura möhtac diapsora təşkilatları var. Komitə ləğv olunub yeni bir layihə icra olunmalıdır. Bu barədə Prezident İlham Əliyevə də müraciət etmişəm. Azərbaycanı Tanıtma Fondu yaradılmalıdır. Dünyadakı Azərbaycan diasporası bu fond ətrafında toplanıb özünün, döblətin, iş adamlarının imkanları ilə dünyanın hər tərəfində böyük işlər görə bilər. Məlum məsəldir ki, xarici ölkələrin mətbuatında hər hansı bir məqalə çap etmək istyəriksə burada müəyyən mənfəətlər ortaya çıxır. Misalçün Avropada, tanınmış bir qəzet olan \”le figaro”da iki səhifəlik elan versən sənin haqqında bir səhifəlik yazı dərc edər. Bütün dünyada bu belədir. Ancaq bizim bu elanı verməyə maddi gücümüz yoxdur. Ona görə də Azərbyacan dövləti komitəni ləğv edib bu günki dünya düzəninə uyğun, dünya dövlətlərinin tətbiq etdiyi sistemlə diasporamızın fəaliyyətini təşkil etməlidir. Bu komitənin bu vaxta qədər fəaliyyəti ondan ibarət olub ki, özünün yaratdığı təşkilatlara bir qədər maliyyə verib. Onların sözünü deməyən təşkilatara isə heç bir yardım göstərməyib.
Səsləndirdiyim fikirləri dəfələrlə Nazim İbrahimovun üzünə demişəm.

Nazim İbrahimov prezidenti və xalqı aldadır-İttiham

– Bu barədə Azərbaycanın bir çox KİV-ləri dəfələrlə yazıb. İstərdim bu haqda Sizin də fikirlərinizi öyrənək. Dövlətdən diaspora üçün ayrılan büdcə nin Nazim İbrahimovun öz şəxsi biznesinə yatırması xəbərlərni nəzərdə tuturam. Bu barədə nə deyə bilərsiniz?

-Mən bunu dəfələrlə yazmışam və bu yüz faiz doğrudur. Azərbaycanın dövlət başcısı açıkşəkildə bu məsələdə aldadılır. Miliyonlarla büdcə vəsaiti bir qələmdə silinir. 10 faizi dəvətlərə xərclənirsə, 90 fazi şəxsi büdcəyə gedir. Diqqət edin, qurultaya dəvət olunanların 80 faizi bu məsələylə(diasporayla) əlaqəsi olmayan insanlardır. 20 faizi də özlərinin, digər təşkilatların içindən seçib, bölüb yeni təşkilat qurdurduqları adamlardır. Danışmayan insanlar var bunların ətrafında. Amma Tarix görür və yazır. Bunların hesabları bir gün sorulacak. Bu böyük haqsızlıqdır. 50 milyon Azərbaycan Türkünün haqqı-hüququ tapdalanır.

Redaksiyadan: Səslləndirilən fikirlərlə bağlı Nazim İbrahimovun münasibəti olarsa, dərc etməyə hazırıq.