Atadan bağçanı bitirən qızının müəlliməsinə qeyri-adi və bahalı hədiyyəni neftlə zəngin olan Küveytdə ediblər.
Varlıların çox olduğu ölkədə kişi sevincindən qızının müəlliməsinə \”Mercedes\” bağışlayıb.
Nur el Faris adlı qızın atası övladının məktəbə qədəm qoyacağına o qədər sevinib ki, müəlliməyə \”Mercedes\”in ən son modelini bağışlayıb.
Üzərində balaca Nurun əyləşdiyi maşının ön şüşəsində isə belə yazılıb: \”Bu maşın ən sevimli müəlliməm Nadia üçündür\”.
Adını açıqlamayan ata isə dünya mətbuatında yer alan fotodan sonra açıqlama verib. O deyib ki, balaca qızı bu il anasını itirib. Nadia müəllimə isə bu müddətdə qızı ilə o qədər şəfqətli və mehriban olub ki, ona bu dərdi yaşatmayıb. (ans)
İnterpress.az