Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin donor ölkələri ilə keçirilən 3-cü görüş zamanı çıxışında bildirib.
Nazirin sözlərinə görə, bununla ölkənin ehtiyacını tam ödəmək mümkün deyil. “Bunun üçün biz süni mayalanma ilə heyvan cinslərinin tərkibini dəyişirik. Bizim məqsədimiz heyvanların cins tərkibini dəyişməklə məhsuldarlığı 6-7 dəfə artırmaqdır. Bundan başqa, heyvandarlığın stimullaşdırılması üçün süni mayalanma mərkəzi yaradırıq ki bu da 2-3 aya istifadəyə veriləcək. Bu mərkəzin bölgələrdə şöbələri də fəaliyyət göstərəcək”, – deyə H. Əsədov qeyd edib.
H. Əsədov əlavə edib ki, ilin əvvəlindən dövlətin hər bir süni mayalanmadan olan buzova görə 100 manat pul ayıracağı ilə bağlı qərar verilib: “Ümid edirəm ki, ilin əvvəlindən verilən bu qərar artıq bir neçə aydan sonra öz bəhrəsini verəcək”.(apa)
İnterpress.az