Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Xanım M.Mard qeyd edib: \”Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ üzərində işləyirlər. Əlbəttə, biz bu prosesi alqışlayırıq və ümid edirik ki, prezidentlərin növbəti görüşü – əgər iyun ayında keçirilsə – münaqişənin nizamlanması istiqamətində konkret addım olacaq\”.
Onun fikrincə, Aİ üçün bu məsələ də gündəlikdə dayanan mühüm məsələdir.
Qeyd edək ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilmişdi.
İnterpress.az