“Boko Haram” terror qruplaşması Nigeriya-Niger sərhədində yerləşən Bosso şəhərini ələ keçirib.
İyunun 4-ə keçən gecə yüzlərlə silahlı Bosso şəhərinə hücum edib.
Döyüşlər nəticəsində 30 Niger və 2 Nigeriya hərbçisi həlak olub, terrorçuların şəhəri ələ keçirməsinin qarşısı alınıb. Lakin bu gün şiddətli döyüşlərdən sonra Bosso şəhəri “Boko Haram”-ın nəzarəti altına keçib. İtkilər barədə məlumat verilmir.
İnterpress.az