Erməni, Qarabağ veteranı kömək üçün Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Bir müddət əvvəl Bakını tərk etmiş məşhur erməni aktivist Vaan Emilyeviç Martirosyan haqqin.az redaksiyasına I Qarabağ müharibəsi əlilinin açıq müraciətini göndərib.
Məktubda Azərbaycan prezidenti İlham Əliyevə Ermənistanın rayonunun Arşaluys Eçmiyədzin kəndinin sakini Kadjazuna Ayrapetyanın müraciəti əks olunub. Birinci qrup əlil dövlət başçısına yalvarıb desək, yanılmarıq. K.Ayrapetyan xalqın, xüsusilə veteranların problemlərinin aşıb daşdığını, indiki erməni hakimiyyətinin idarəçilikdəki bacarıqsızlığını yazıb. İ.Əliyevə müraciət edən erməni öz etirazını ifadə edib.
Məktubda erməni veteran Azərbaycan silahlı qüvvələrinə qarşı vuruşduğunu etiraf edir və bunun səbəblərini açıqlamaqda aciz olduğunu bildirib. İlham Əliyevdən maliyyə yardımı istəyən veteran özünə protez qoya bilmək üçün bu vəsaiti xahiş edir. Müharibə zamanı ayağını itirən birinci qrup əlil Ermənistan dövlətinin verdiyi pensiyanın dərmanlara güclə çatdığını bildirib.
\”İndi məni bir sual maraqlandırır – \”niyə?\”, \”nə üçün?\” biz döyüşmüşük. Sözlərlə keçmişi geri qaytarmaq olmaz. Amma gələcəyimiz də çox bədbin və dumanlıdır\”. Erməni döyüşçü ağır vəziyyətdə olduqlarını yazıb İ.Əliyevdən özünə protez almaq üçün kömək diləyib. \”Mənə verilən pensiya dərmanlarıma belə çətinliklə çatır\”.
Qarabağ veteranı 25 ildir ki, hökumətdən ev ala bilmədiyini, 7 nəfərlik ailəsi ilə balaca mənzildə yaşadığını söyləyib. \”Mən kommunal xidmətlərə görə ödəniş edə bilmirəm, budur, artıq 4 ildir bizdə elektrik və su yoxdur. Uşaqlarımı təhsil haqqını ödəyə bilmədiyim üçün universitetdən də qovublar. Mənim dostlarım da bu vəziyyətdədirlər. Bir çoxu sadəcə aclıqdan küçələrdə ölürlər, bomj kimi yaşayırlar.
Robert Koçaryan, Serj Sarkisyan gələrək xalqı talamağa başlayıblar. Kim bilir, bəlkə də, onlar olmasaydı, biz sizinlə sülh içərisində yaşaya bilərdik. Çox şey bizim hakimiyyətdən asılıdır\”.
Vahan Martirosyan və ailəsi
Veteran İlham Əliyevdən veteranlara kömək etməyi, övladlarının təhsilinə dəstək vermələrini xahiş edib. \”Cənab prezident biz sizin köməyinizə ümid edirik. Əks halda qorxuram ki, bu ilin sonuna belə çıxa bilməyim. Kömək əli uzansa, Robert Koçaryanı, Serj Sarkisyanı, həmçinin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı Azərbaycana təslim edərik. Yəqin ki, azərbaycanlılar məhz bunu gözləyirlər\”. (ans)
İnterpress.az