İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün İstanbulun Beyazit küçəsində baş verən terror zamanı 11 nəfər ölüb, 36 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Ölənlərdən 7-si polis 4-ü sıravi vətəndaşdır. TRT Haber-in verdiyi xəbərdə isə deyilir ki, ölənlərdən biri azərbaycanlıdır.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, azərbaycanlı olduğu deyilən mərhumun şəxsiyyəti müəyyənləşdirilir.
İnterpress.az