Ərdoğan Məhəmməd Əlinin dəfn mərasimində çıxış etməyəcəkbackend

Ərdoğan Məhəmməd Əlinin dəfn mərasimində çıxış etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əfsanəvi boksçu Məhəmməd Əlinin vida mərasimində çıxış etməyəcək. Bu barədə \”Associated Press\” xəbər agentliyi məlumat yayıb. Boksçunun ailəsinin sözçüsü Bob Qunnell çıxış edəcək şəxslər siyahısında xaricdən gələn qonaqlara yer ayrılmadığını bildirib.

Qunnell belə olan halda prezident Ərdoğan və İordaniya kralı 2-ci Abdullahın çıxışlarının proqramdan çıxarıldığını bildirib.

Qunnell Türkiyə prezidentinin və İordaniya kralının bu qərarı \”zərafət və anlayışla\” qarşıladıqlarını söyləyib. Mərasimdə çıxış edəcək şəxslərin siyahısının tezliklə açıqlanacağı bildirilir.

Ötən gün bokçunun ailəsindən verilən açıqlamada çıxış edəcək qonaqlar arasında Ərdoğanın da olacağı bildirilib. Bob Qunnell prezident Ərdoğanla yanaşı, sabiq ABŞ prezidenti Bill Klinton, aktyor Billi Kristal, jurnalist Bryant Qambel və fərqli dinlərin təmsilçilərinin, Məhəmməd Əlinin həyat yoldaşı Lonnie ilə qızı Maryumun da çıxış edəcəyini söyləmişdi.

Məhəmməd Əli – əfsanəvi boksçu

Ərdoğan Məhəmməd Əlinin dəfn mərasimində çıxış etməyəcək

Ötən gün Türkiyə prezidentinə yaxın mənbənin verdiyi məlumatda Rəcəb Tayyib Ərdoğanın da boksçunun dəfn mərasiminə qatılacağı bildirilib.

Məlumatda bildirilir ki, Ərdoğan müsəlmanlar arasında müstəsna yeri olan Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün sabah axşam yola çıxacaq.

Məhəmməd Əli ailə üzvləri ilə birlikdə

Ərdoğan Məhəmməd Əlinin dəfn mərasimində çıxış etməyəcək

İyunun 3-də vəfat edən Məhəmməd Əli iyunun 10-u ABŞ-ın Luisvil şəhərində torpağa tapşırılacaq.

Vida mərasiminin internet vasitəsilə canlı yayımlanacağı bildirilir.

Məhəmməd Əli ölümündən iki gün əvvəl tənəffüs sistemində yaranan problemlə bağlı yerləşdirildiyi Arizona ştatının Feniks şəhər xəstəxanasında dünyasını dəyişib. (ans)

İnterpress.az