“Azərcell”in ləğvi gözlənilirbackend

“Azərcell”in ləğvi gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Agentliyə məlumat verən mənbələr deyiblər ki, “Azərcell”in səhmlərinin 59 faizinə nəzarət edən İsveç-Finlandiya telekommunikasiya nəhəngi TeliaSonera neçə vaxtdır üzləşdiyi korrupsiya ittihamlarına görə keçmiş sovet respublikalarındakı, o cümlədən Azərbaycandakı aktivlərini satmağa çalışır.

Lakin ABŞ-da TeliaSonera şirkətinin Özbəkistan və Azərbaycandakı biznesi ilə bağlı aparılan təhqiqat aktivlərin satışına dair danışıqların ləngiməsinin əsas səbəbidir. Xatırladaq ki, TeliaSonera-nın “Azərcell”dəki payını almağa Türkiyənin “Turkcell” şirkəti maraq göstərir. Hazırda “Türkcell” TeliaSonera ilə birlikdə Fintur Holding offşor şirkəti üzərindən “Azərcell”in səhmlərinin 59 faizinə nəzarət edir.

Lakin “Turkcell” və onun vəkilləri narahatdır ki, ABŞ-da davam edən korrupsiya təhqiqatına görə “Azərcell”in satışından əldə edilən vəsaitə həbs qoyula bilər. Habelə onlar “Azərcell”in lisenziyasının uzadılmayacağından narahatdır. Lisenziyanın müddəti ilin sonunda başa çatır.

Bu yaxınlarda İsveç prokurorluğu elan edib ki, TeliaSonera-nın Azərbaycandakı biznes fəaliyyəti zamanı rüşvət verildiyinə dair iddialar üzrə təhqiqatı dayandırır. Çünki rüşvətin verildiyini təsdiq edən sübutlar tapmaq mümkün olmayıb. Bununla belə “Turkcell”in vəkilləri “Azərcell”in səhmlərinin alınmasını riskli hesab edirlər və bu məsələni danışıqlarla həll etməyəçalışırlar. Lakin əsas risk ABŞ və digər ölkələrdə hələ davam edən təhqiqatlar və “Azercell”in lisenziyasının uzadılmayacağına dair məlumatlardır.

ABŞ Ədliyyə Nazirliyinin mətbuat katibi Piter Karr məsələni şərh etməkdən imtina edib. TeliaSonera-nın nümayəndəsi Henrik Vestman isə deyib ki,aktivləri almağa Turkcell-lə yanaşı digər iddiaçılar da var, lakin o, əlavə şərh verməkdən imtina edib. “Azərcell”in rəsmisi də agentliyə məsələ ilə bağlı şərh verməyib. (modern.az)

İnterpress.az