Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini Rəşad Bodurov tutulub.
Rəşad Bodurov Bakı şəhər sakini A.Həsənova ilə sosial şəbəkədə tanış olub. Bir müddət sonra onlar bir-birinə qarşılıqlı çılpaq fotolar göndəriblər. Rəşad qadını həmin fotosu ilə şantaj edib və hədə-qorxu gələrək ondan 800 ABŞ dolları tələb edib. Faktla əlaqədar cinayət işi başlanıb.(Criminal)
İnterpress.az