Bu, Murad Mərdiyev adlı şəxsdir.
Onun yerləşdirildiyi Haseki Xəstəxanasından sayta verilən məlumata görə, Murad Mədiyev ayağından xəsarət alıb: \”O, hazırda əməliyyatdadır. Vəziyyəti yaxşı idi\”.
Türkiyənin \”Hürriyet\” qəzetinin yaydığı son məlumata görə, İstanbulda avtobus dayanacağının yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 36 nəfər xəsarət alıb.
Ölənlərdən 7-si polis əməkdaşıdır.
TRT Haber telekanalının yaydığı məlumata görə isə həlak olanlardan biri azərbaycanlıdır.
Xatırladaq ki, partlayış Bakı vaxtilə saat 9:40-da İstanbulun mərkəzində Beyazıt rayonunun Vezneciler dayanacağının yaxınlığında xüsusi təyinatlı polis maşınının keçdiyi zaman baş verib.
Partlayışdan sonra odlu silahdan açılan atəş səsləri eşidilib. İlkin məlumatlara görə, kənarda saxlanılan minalanmış maşın partlayıb.(ans)
İnterpress.az