Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundan kənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomaşını idarə edən sürücülər saxlanılıb.
Alkoqollu içki qəbul edərək sükan arxasında əyləşən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Həmçinin sərnişindaşıma zamanı avtobusa nəzərdə tutulduğundan artıq sərnişin mindirən sürücülərə qarşı cərimələr tətbiq olunub.
Ümumilikdə 51 sürücü barəsində protokollar tərtib edilib, 6 nəfərin avtomobili cərimə meydançasına aparılıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, reydlər bir neçə gün davam edəcək.
Bu cür reydlərin həftənin şənbə və bazar günləri digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.