Bakı Heyvanat Parkında yenilik-Rəsmibackend

Bakı Heyvanat Parkında yenilik-Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Interpress.-az-a açıqlamasında Heyvanat parkının direktoru Azər Hüseynov bildirib.

\”Bu cins marallar 8 il öncə parkımıza gətirilib. Marallar bu ilin mayında daha iki bala veriblər. Bununla da onların sayı 9-a çatıb. Bundan başqa, parkımıza 1999-cu ildə İrandan gətirilmiş şir, həmçinin parkda saxlanılan dəvə, kenqurular da bala verib. Ana kenqurulardan biri qəfildən öldü və biz onun balasını əlimizdə böyütdük. İnsan qayğısı ilə böyüyən bu heyvan tam əhliləşib. Onu da deyim ki, sayı artan bəzi heyvanların, xüsusilə də Qafqaz incə maralının təbiətə buraxılması haqqında düşünürük”.

Xatırladaq ki, Bakı Heyvanat Parkı 2 yanvar 1942-ci ildə yaradılıb. Bakıda ilk zoopark isə 1928-ci ildə keçmiş Lunaçarski adına bağda (indiki Nizami parkı) kiçik guşə şəklində təşkil edilib. Sonralar zoopark müxtəlif ərazilərə köçürülür və nəhayət, indiki məkana gəlib çıxır. Hazırda 4 hektardan çox ərazini əhatə edən Bakı Heyvanat Parkı 1995-ci ildən Avrasiya Regional Zooparklar Assosiasiyasının üzvüdür.

İnterpress.az
Gülşanə Mustafayeva