İŞİD-ə ən çox bu ölkədən axın var – SİYAHIbackend

İŞİD-ə ən çox bu ölkədən axın var – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son məlumatlar qruplaşmanın sıralarının sürətlə seyrəlməsindən xəbər verir.

Hesabata əsasən, İŞİD-in şəxsi heyətinin 70%-i ərəb ölkələrindən, 10%-i Qərbi Avropadan gələnlərdən, yerdə qalanları isə başqa ölkələrdən olan döyüşçülərdən ibarətdir.
Həmin hesabatda İŞİD qruplaşmasının üzvləri və texniki təchizatı barədə dolğun informasiya yer alıb.

İŞİD sıralarında 28 min nəfərinin döyüşdüyü və onlardan 18 minin 78 fərqli ölkədən gəlmiş əcnəbi olduğu bildirilir.

İŞİD sıralarında döyüşən əcnəbilərin 2800-i Tunis vətəndaşıdır.

2-ci yerdə gələn Səudiyyə Ərəbistanının 2550, 3-cü yerdəki İordaniyanın 2100, 4-cü yerdəki Mərakeşin 1550, 5-ci gələn Liviyanın isə 1400 vətəndaşı İŞİD-in sıralarında döyüşür.

Şimal qonşumuz Rusiya isə vətəndaşları İŞİD sıralarında çox sayda vuruşan 6-ci ölkədir. Rusiyanın 1300 vətəndaşı hazırda İŞİD sıralarında qulluq edir.

Siyahıda Almaniya (600), Böyük Britaniya (490), Fransa (410) müvafiq olaraq 7-ci, 8-ci və 9-cu pillələrdə qərar tutub.

İlk onluğu Türkiyə (400) qapayır. (modern.az)

İnterpress.az