Azərbaycanda pomidor iki uşağı yetim qoydubackend

Azərbaycanda pomidor iki uşağı yetim qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 yaşlı qadın faciəli şəkildə ölüb. Hadisə Gədəbəy rayonunun Qoşabulaq kəndində baş verib. Rayonun Polis İdarəsindən verilən məlumata görə, kənd sakini 1989-cu il təvəllüdlü Yeganə Qasımova axşam yeməyi zamanı pomidor yeyib. Gecə özünü narahat hiss edən qadın səhər tezdən rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

İlkin araşdırmalar zamanı onun qidadan (pomidordan) zəhərləndiyi və buna görə də öldüyü məlum olub.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Dünyasını dəyişən qadının iki azyaşlı övladı var.

Bir müddət əvvəl də Şabran rayonunda ana və iki qızı turşudan zəhərlənib. Fevralın 16-da Şabran rayonunda yaşayan Zinyət Həsənova, qızları Nəzrin və Nərmin qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Həkim müdaxiləsindən sonra onların həyatını xilas etmək mümkün olub. (ans)

İnterpress.az