Bunu İnterpress.az-a BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, BQXK-i bu məsələni izləyir və adiyatı orqanlarla əlaqə saxlayır: \”Ümumiyyətlə isə BQXK –i şəxlərə baş çəkmə, onların ailə üzvlərilə əlaqə saxlamağa yardımçı olur. Daha sonra, onların saxlanma şəraiti, rəftar la bağlı monitorinq etmə mandatı var. Sərhədi keçən səxsin qaytarılmasına gəldikdə isə əgər tərəflər və şəxsin özü BQXK-nə müraciət edərsə neyrtarl vasitəçi olaraq biz qaytarılmada iştirak edəcəyik\”.
Xatırladaq ki, bu il iyunun 7-də Azərbaycan-Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunu Yanıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib.
Gülşanə Mustafayeva
İnterpress.az