“ASAN ödəniş” sistemindən daha bir yenilikbackend

“ASAN ödəniş” sistemindən daha bir yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, portala bir sıra yeni funksiyalar əlavə olunub. İnterpress.az xəbər verir ki, yeni funksiyalardan biri \”ASAN ödəniş\” portalı vasitəsilə vətəndaşın cari vaxta cəriməsinin olub – olmaması barədə çıxarışı əldə edə bilməsidir. Bunun üçün www.asanpay.az portalı üzərindən şəxsi kabinetdə \”Çıxarışlar\” bölməsinə daxil olmaq kifayətdir.

\”ASAN ödəniş\” sisteminin istifadəçilərə yaratdığı digər imkanlardan biri də inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərarlara dair məlumatların vətəndaşlara ödənişsiz olaraq SMS vasitəsilə göndərilməsidir.

Yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinə əsasən İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar vətəndaşların \”ASAN ödəniş\” portalı üzərindən şəxsi kabinetində yerləşdirilməyənədək vətəndaşdan ödəniş tələb edilə bilməz.

Qeyd edək ki, vətəndaşlar ödənişlərini www.asanpay.az portalı üzərindən bank kartları ilə yanaşı, \”ASAN ödəniş\” terminalları vasitəsilə nağd formada da həyata keçirə bilərlər. Ödəniş terminalları hazırda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında, \”SOCAR\” yanacaqdoldurma məntəqələrində, cərimə meydançalarında, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv toplaşdığı digər ictimai yerlərdə quraşdırılıb. Terminallar şəbəkəsi gələcəkdə daha da genişləndiriləcəkdir.

İnterpress.az