Britaniyanın “İndependent” nəşri xəbər verir ki, bu gün həm daxili, həm də xarici münaqişələrdən tamamilə azad olan ölkələr aşağıdakılardır: Botsvana, Çili, Kosta-Rika, Yaponiya, Mavriki, Panama, Qətər, İsveçrə, Uruqvay və Vyetnam.
Mənbəyə görə, son 1 il ərzində 80 ölkədə münaqişələrlə bağlı vəziyyət yaxşılaşsa da, 79 ölkədə pisləşməyə doğru dəyişib. Təxminən 40 ölkədə siyasi tarazlıq pozulub. Braziliya münaqişələrdən azad ölkələrin siyahısından çıxıb.
Hesabata əsasən, dünyada ən sülhsevər ölkə İslandiyadır. Onun ardınca siyahıda Danimarka, Avstriya, Yeni Zelandiya və Portuqaliya gəlir. Sülhlə bağlı ən pis vəziyyət isə Suriyadadır.(virtualaz.org)
İnterpress.az