Hava soyuyur – xəbərdarlıq edildibackend

Hava soyuyur – xəbərdarlıq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava yenidən soyuyur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumata görə, iyunun 7-si axşamdan 10-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında sabah iyunun 08-də yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 22-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 13-17 dərəcə isti olacaq. (ans)

İnterpress.az