Azercell şirkətin bağlanma xəbərinə AYDINLIQ GƏTİRDİbackend

Azercell şirkətin bağlanma xəbərinə AYDINLIQ GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya “Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir.

“Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan “Azercell Telekom” 4.5 milyonluq abünəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır. Hazırda “Azercell Telekom”a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu “Bloomberg” agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi.
Bundan basqa 1 iyun 2016-ci il tarixindən qüvvəyə minən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud lisenziyaları qeyri – məhdud müddətə uzadılmış hesab edilir”. (Modern.)

İnterpress.az