Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Vita” markalı avtomobil yol kənarında atası ilə birgə hərəkətdə olan, 2010-cu il təvəllüdlü Sadiq Vidadi oğlu Şirbidovu vurub. Nəticədə 6 yaşlı oğlan hadisə yerində ölüb.
Xəstəxanadan bildirilib ki, avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. (apa.az)
İnterpress.az