Avropa İttifaqının üzv ölkələrinin, EUROJUST təşkilatının və Cənub-Şərgi Avropa dövlətlərinin yüksək vəzifəli şəxslərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasını baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Sahib İsmayılov və Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsini icra edən Anar Məmmədov təmsil ediblər.
Polşanın ədliyyə nazirinin müavini Marsin Vorxotun rəhbərliyi ilə keçirilən tədbirdə Avropa İttifaqı ölkələrinin nümayəndələri tərəfindən “Avropa həbs orderi” (European Arrest Warrant) barədə geniş məlumat verilmiş, prosedur məsələləri, konkret cinayət işləri üzrə şəxslərin verilmə mexanizmi, hüquqi yardım göstərilməsi prosesi zamanı ölkələrin məhkəmə orqanları arasında qarşılıqlı tanınma və bir-birinə etibarlıq prinsipləri qeyd edilib.
Tədbir zamanı ölkəmizin nümayəndə heyəti ilə iştirakçı ölkələrin nümayəndə heyətləri arasında ekstradisiya və hüquqi yardım sahəsində mövcud vəziyyət və qarşıda duran perspektivlər müzakirə edilib. (apa.az)
İnterpress.az