İsmayılıda sürüşmənin ərazisi genişlənib-baş geoloqbackend

İsmayılıda sürüşmənin ərazisi genişlənib-baş geoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun sözlərinə görə sürüşmənin aktiv zonada olması prosesin davam etməsi deməkdir:
\”Yenidən sürüşmə ola bilər. Şürüşmənin genişlənib yaxın ərazilərə keçmə ehtimalı isə qaçılmazdır. Ümumilikdə sürüşmə zonasının ərazisi 1 km-ə çatıb. 2 gün bundan öncə 750 m idi. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sözügedən ərazidə monitorinq aparırlar”.

Xatırladaq ki, sürüşmə İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri evlərə baxış keçirdikdən sonra bir neçə evin qəzalı və yaşamaq üçün təhlükəli olmasını əsas gətirərək 12 evin boşaldılmasına qərar veriblər. Ötən gündən etibarən qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün kəndə çadırlar gətirilərək təhlükəsiz yerlərdə qurulub.

Gülşanə Mustafayeva
İnterpress.az