Putinin ən yaxın adamının qızı Türkiyədən danışdıbackend

Putinin ən yaxın adamının qızı Türkiyədən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı yenidən Türkiyə barədə açıqlamalrı ilə gündəmə gəlib. Məlumata görə, 18 yaşlı Yelizaveta Peskova iki ölkə arasında münasibtlərin korlanması, atası və babası haqqında Türkiyənin \”Hüriyyət\” qəzetinə açıqlama verib.

Liza iki ölkə arasında təyyarə gərginliyindən sonra ən çox sadə xalqın ziyan çəkdiyini deyib.

Peskovun qızı:\”İkili standart yürüdüldüyünü hiss edirəm\”
\”Mənim pasportumda doğulduğum yer Ankara yazır. Türkiyə də azı Rusiya qədər mənim vətənim sayılır. Son hadisələr də mənim fikrimi dəyişməyib. Həm Türkiyə, həm də Rusiya da insanların son hadisələrdən zərər çəkməsi məni bir dost olaraq çox kədrləndirir\”.

Liza Moskvadakı evlərindən də danışıb. O, deyib ki, Rusiya paytaxtındakı evləri kiçik Türkiyəni xatırladır. \”Atam Dmitri də, babam Vladimir də türkşünasdırlar. Mən atam Türkiyə səfirliyində çalışarkən Ankarada dünyaya gəlmişəm. Ailəmə bir türk ailəsi desəm yəqin ki, çox şişirtmiş olmaram\”.

Kremlin sözcüsünün qızı türk heyranıdır. Ən çox sevdiyi oman isə Rəşad Nuri Güntəkinin \”Çalı Quşu\” əsəridir. O, həmçinin Tarkan, Ayla Çelik, Mustafa Ceceli heyranı olduğunu da gizlətməyib.

Putinin ən yaxın adamının qızı Türkiyədən danışdı

Yelizaveta Peskova

Türkiyə ilə Rusiya arasında münasibətlər ötən ilin noyabr ayında Suriya ilə sərhəddə \”Su 24\” təyyarəsinin vurulma sından sonra korlanıb. Türkiyə Rusiya təyyarəsinin hava sərhəddini pozduğunu və xəbərdarlıqlara məhəl qoymadığını deyib. Rusiya tərfi isə bu iddialarla razılaşmır. (ans)

İnterpress.az