Bu barədə Dilçilik İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
İnstitutdan bildirilib ki, qədim erməni dili ixtisası üzrə magistratura pilləsi Azərbaycan prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən açılıb.
Qeyd olunub ki, ötən il Dilçilik İnstitutunda 3 nəfər latın, sanskrit və yunan dilləri üzrə magistraturaya qəbul olub. Eyni zamanda, bu il qədim iber, qədim erməni və toponimiya ixtisasları üzrə magistr təhsili institutda həyata keçiriləcək. (apa)
İnterpress.az