Fransız xalqı boykot edir: Paris zibil içində, nəqliyyat iflic vəziyyətdəbackend

Fransız xalqı boykot edir: Paris zibil içində, nəqliyyat iflic vəziyyətdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə məişət tullantılarının emalı mərkəzində çalışan işçilər bu qərara etiraz əlaməti olaraq, artıq bir həftədi tətil elan ediblər. Bu səbəbdən paytaxt küçələrindəki tullantılar bir həftədi yığılmır. Yerli polis Avropanın ən böyük tullantıları məhv etmə mərkəzinin önünə qoyulan baryerləri bu gün dağıdıb. Lakin fabrikin işçiləri tətil elan etdiklərindən, tullantılar məhv edilmir. Tullantı toplayan işçilərin də tətil qərarına dəstək verməsi səbəbindən paytaxt tullantılarla dolub-daşır. Hər gün təxminən 2000 ton tullantının 200 yük maşını ilə daşındığı mərkəzdə ildə 700 min tona yaxın zibil məhv edilir.

Fransada problem bununla bitmir. Dəmiryolu işçilərinin də tətilə dəstəyi ölkədə nəqliyyatı iflic vəziyyətə salıb. Beynəlxalq Dəmiryolu İdarəsi işçilərin bu qərarı onlara indidən 300 milyon avroluq ziyan vurduğunu açıqlayıb.

Əsəbi əhali son olaraq ölkənin hər tərəfində sərgilənən Avropa çempionatının kubokunu paytaxta gətirən qatara mane olmağa çalışıb. Parisin şimal stansiyasında kuboku gətirən qatarı saxlatmaq istəyən insanlarla polis arasında qarşıdurma yaşanıb. Bu maneələrə baxmayaraq, polis çətinliklə də olsa, kuboku səlahiyyətli şəxslərə təhvil verməyi bacarıb.

Fransanın beynəlxalq hava yolu şirkəti “Air France” pilotları da 11-14 iyun tarixlərində tətil edəcəklərini açıqlayıblar. Nəqliyyat naziri Alan Vidalyes AÇ-2016 öncəsi dəmiryolu işçilərinin və “Air France” pilotlarının bu hərəkətini məsuliyyətsizlik adlandırıb.

Qeyd edək ki, mübahisələrə səbəb olan qanun layihəsinin təsdiqlənməsi halında, gündəlik maksimum 10 saatlıq iş müddəti 12 saata çıxarılacaq, müqavilədə dəyişiklik etmək istəyən işçilər qovulacaq. Yarımştat işçilərin həftəlik 24 saat olan minimum iş vaxtı azaldıracaq və çox işləmə müqabilində az ödəniş ediləcək. (apa)

İnterpress.az