ABŞ prezidentliyinə namizəd Hillari Klintonun geyindiyi pencəyə görə tənqidlərə məruz qalıb. Məlumata görə, son çıxışı zamanı maddi bərabərlikdən danışan xanım Klintonun 12 min dollar pencək geyinməsi birmənalı qarşılanmayıb.
ABŞ mətbuatı və sosial mediada Hillari Klinton geyimlərinin bahalılığından dolayı çox sərt şəkildə tənqid olunub. Nyu-Yorkdakı praymerizdə qazandığı qələbəni qeyd edərkən geyinmiş olduğu İtaliya istehsalı olan bred geyimin qiyməti isə 12 min 500 dollar olub. Bu barədə \”New York Post\” qəzetində bildirilib.
\”Hilları Klintonun pencəyinin qiyməti çıxışındak gəlir bərabərliyi, məşğulluq və təqaüd kimi mövzularla üst-üstə düşmədi. Özünü orta səviyyəli bir ABŞ qadını kimi göstərməyə çalışdı. Lakin bu geyim onun çıxışı ilə təzad doğurdu\”.
Hillary Klinton tərzi
Müzakirə mövzusu olan geymlər haqqında sosial şəbəkə istifadəçiləri də maraqlı şərhələr yazıblar. \”Mminimum əmək haqqı alan bir insan o geyimi almaq üçün 43 həftə ərzində, 40 saat işləmək məcburiyyətindədir\”.
\”Hillari Klinton, çox tənqid etdiyi Donald Trampın həyat yoldaşı Melaniya Trampla eyni markaları geyinir\”.
Donald Tramp və Melaniya Tramp
Ötən gün ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Demokratlar partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi mübarizəsində öz qələbəsini bəyan edib. İyunun 7-də Nyu-Cersidəki ilkin praymerizdə qazandığı qələbədən sonra xanım Klinton partiya qurultayı nümayəndələrindən də kifayət qədər səs toplaya bilib.
Klinton öz qələbəsini bütün qadınlar üçün tarixi məqam adlandırıb. (ans)
İnterpress.az