Məlumata görə Dan Yankunun (Dan Iancu) namizədliyi Rumıniyanın Parlament komissiyası tərəfindən təsdiq olunub.
Qeyd edək ki, bu namizədliyi Rumıniya prezidenti təsdiq etməlidir.
İyunun 1-də Rumıniya prezidenti Klaus Yoxannis ölkənin Azərbaycandakı səfiri Daniel Kristianu Çobanunun geri çağırılması haqqında fərman imzalayıb.
Xatırladaq ki, D.K.Çobani 2011-ci ildən Rumıniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışıb. (musavat)
İnterpress.az