İnterpress.az-ın son 2016-ci ildə nə qədər sahibsiz heyvan xilas edilib? sualının cavabında \”Alyans\” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin təssisçisi və sədri Mənsurə Rəsulzadə deyib:
“Ayrı-ayrı vətəndaşların, QHT-in, könüllülərin gördüyü işlər aidiyatı qrumların gördüyü işlərdən artıqdır. Sahibsiz heyvanlarla bağlı yaşanan bütün problərin həlli üçün heyvanlarla bağlı qanunlar sərtləşdirilməlidir. Maariflənmə düzgün aparmalı, keçərli qanunlar və buna nəzarət edəcək infastruktur yaradılmalıdır. Qanunların sərtləşdirilməsi ilə yanaşı həm də KİV-də maarifləndirmə, təbilağ işi düzgün aparılmalı və nəzarət olunmalıdır. Bu il üçün Bakı şəhəri üzrə təxmini 1500 it və bu rəqəmdən iki dəfə artıq pişik xilas edilib. Lakin bu rəqəm küçələrdə köməyə ehtiyacı olan heyvanların 1000/1-i deyil. Müəyyən təşkilatların, könüllü qrupların köməkliyi ilə xilas olunan heyvalarının statistikasını bəlli etmək mümkün olur. Amma bu vəziyyət regionlarda çox acınacaqlıdır. Heç bir hesabat aparmaq mümkün deyil. Sahibsiz heyvaların artmaması və onlara sığınacaqların yaradılması kimi məsələlərdə dövlətin qayğısı yubanır”.
Sahibsiz heyvanları sayını necə azaltmaq olar? sualına cavab olaraq M. Rəsulzadə bildirib ki, bu heyvanaların qısırlatmaq lazımdır. Bəzən deyir ki, sahibsiz heyvalar küçələrdən yığışdırılsın! Tutub heyvanları öldürürlər. Ona görə də biz yığışdırmaq sözündən qəti sitifadə etmirik. Küçədən yığışdırmaq öldürmək demək deyil. Bu heyvanların artmamasının qarşısı humanist üsullar tətbiq etməklə alına bilər .
Deyirsiz dövlət nəzarəti olmalıdır. Tətbiq olunan cərimələr məsələnin həllində heç cür kömək olmur?
Düzdür qanunvericilikdə cərmələr var. Sadəcə buna nəzarət sistemi yoxdur. Məsələn, 500 azn cərimə tətbiq olunbsa, bunun üzərində nəzarət qrumuda olmalıdır.Və ya mövcud qurum maariflənməlidir. Sahibsiz heyvanların öldürülməsi və ya işgəncə verilməsi ilə bağlı polis idarəsinə şikayat edən şəxs gülünc vəziyətində qalır. Elə bizimdə neçə şikayət ərizəmiz cavabsız qalıb. Polis idarəsi heyvalara baxmdıqlarını deyirlər”.
Gülşanə Mustafayeva
İnterpress.az