Ermənistanda kənd təsərrüfatı nazirinin 3 müavini birdən işdən çıxarılıb. Məlumatına görə, Ermənistanın baş naziri Ovik Abramyan bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Abramyan sərəncamlara əsasən, kənd təsərrüfatı nazirinin birinci müavini Qrişa Baqiyan, habelə müavinlər Samvel Qalstyan və Qarnik Petrosyan vəzifədən kənarlaşdırılıb. Lakin onların hər üçünün nə üçün eyyni anda işdən çıxarıldığı barədə məlumat verilməyib.
Ötən gün Ermənistanın baş naziri Ovik Abraamyan parlamentdə çıxışı zamanı 3-4 nazir müavinin işdən çıxarılacağı ilə bağlı məlumat vermişdi.
Həmçinin bundan əvvəl də bir neçə yüksək vəzifəli məmur işdən azad olunub.
İyunun 7 də Ermənistan Mülki Aviasiyasının Baş İdarəsinin rəhbəri Artyom Movsesyan vəzifəsindən kənarlaşdırılıb. O, rüşvət almaqda ittiham olunub.
Artyom Movsesyan – Ermənistan Mülki Aviasiyasının Baş İdarəsinin rəhbəri
Vəzifəsindən azad olunan Artyom Movsesyanın çalışdığı sahədə 12 illik stajı var idi. Onun yerinə yeni rəhbər iqtisadiyyat nazirinin müavini Sergey Avetisyan ola bilər. O, aviasiya sahəsinə nəzarət edir.
Son iki ay ərzində Ermənistan hakimiyyətində rüşvət alma və vəzifəsindən sui-istifadə hallarına görə bir neçə yüksək rütbəli məmur və hərbçi vəzifəsindən azad olunub.
Aprel ayında cəbhədə baş verən dördgünlük döyüşlərdən sonra Ermənistan hərbi rəhbərliyindən də bir çox yüksək rütbəli zabit işini itirib. Buna səbəb isə onların Azərbaycan Ordusu ilə mübarizədə düşar olduqları uğursuzlar olub. (ans)
İnterpress.az