İraqda növbəti terror hadisəsibackend

İraqda növbəti terror hadisəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın paytaxtı Bağdad günə yenə terrorla başlayıb. Ardıcıl olaraq baş verən iki partlayış nəticəsində 22 nəfər həlak olub. Məlumata görə, hadisə zamanı 70 nəfər xəsarət alıb.

Birinci partlayış Bağdadın şərqində bazar yaxınlığında, dayacaqdakı avtomobilin partladılması nəticəsində baş verib. Nəticədə 15 nəfər həlak olub 50 nəfər isə yaralanıb. Demek olar ki, eyni anda paytaxtın şimalında ordu keçid məntəqəsi yaxınlığında terrorçu kamikadzenin özünü avtomobildə partladıb. Hadisə nəticəsində 7 hərbçi həlak olub 20 -dən çoxu isə yaralanıb.

İraqda növbəti terror hadisəsi

Bağdad-terror

İraqda sonuncu terror hadisəsi mayın 30-da baş verib. O zaman hadisə 17 nəfərin həlak olmasına səbəb olmuşdu. Terror hadisələri paytaxt Bağdadda və ona yaxın rayonlarda baş verib.

Kamikadzelərdən biri özünü Şaab rayonu nəzarət buraxılış məntəqəsinin yanında partladıb. Başqa bir partlayış isə Bağdaddan şimalda yerləşən Tarmiya şəhərindəki bazarda baş verib. \”Associated Press\” agentliyinin yaydığı məlumata görə isə Bağdadın özündə minalanmış motosikletin partladılması nəticəsində 3 nəfər həlak olub.
Bağdadda son zamanlara tez-tez baş verən terror aktları İraq ordusunun Əl-Fəllucaya hücum etməsi ilə əlaqələndirilir.

Ötən ayın 23-də İraq hərbi qüvvələri şəhərə iri miqyaslı hücumlara başlayıb. İraq hakimiyyəti yerli sakinlərə şəhəri tərk etməyi yaxudd da atəşə məruz qalmamaq üçün evlərin üzərindən ağ bayraq asmağı tövsiyyə edib.

Şəhər paytaxt Bağdaddan qərbdə yerləşir. İŞİD döyüşçüləri 2014-cü ildən şəhəri nəzarətdə saxlayırlar. Əl-Fəlluca müharibəyə qədər İraqın ən böyük şəhərlərindən biri idi. Şəhərdə təxminən 350 min insan yaşayırdı. (ans)

İnterpress.az