Bakıda məktəbli qız özünü niyə asıb?backend

Bakıda məktəbli qız özünü niyə asıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürgan qəsəbəsində yerləşən 235 saylı orta məktəbin direktoru Tahir Süleymanov bildirib ki, Səbinə Əhmədli məktəbin ən nümunəvi şagirdlərindən biri olub: “Səbinə nümunəvi şagird idi. Sinif yoldaşları, müəllimələri onu çox istəyirdilər.
Bütün qiymətləri “beş” idi. Cəmi iki fəndən dörd almışdı. Çox intizamlı şagird idi. Onun ölüm xəbərini eşidəndə çox təəsüfləndik”.

Direktor 14 yaşlı S.Əhmədlinin hansı səbəbdən canına qıyması haqda məlumata malik olmadığını deyib.

Yaxınlarının bildirdiyinə görə isə, Səbinənin atası dünyasını dəyişəndən sonra anası Mehriban xanım ikinci dəfə ailə həyatı qurub: “Səbinə onun birinci həyat yoldaşından olan qızıdır. Mehribanın ikinci ailəsindən 3 qızı var. Səbinə anası ilə birlikdə yaşayırdı. Onların ailəsində tez-tez problemlər olurdu”.

Qohumlarının sözlərinə görə, 14 yaşlı Səbinə ilə ögey atasının münasbətləri yaxşı olmayıb: “Səbinə ailədə özünü ögey kimi hiss edirdi. Ögey atası digər uşaqlarla Səbinə arasında ayrı-seçkilik edirmiş. Ögey atası bir neçə dəfə Səbinəni döyüb. Səbəbsiz yerə heç kim canına qıymaz”.

Qeyd edək ki, faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

İnterpress.az