Türkiyə mediası xəbər verir ki, baş nazir çıxışında terror təşkilatından “görüşə bilərik, silahları buraxmaq olar, danışaq” kimi birbaşa və ya bilavasitə xəbərlərin gəldiyini bildirib.
Baş nazir Binali Yıldırım terror təşkilatının qollarından da bu ismarıcların onlara çatdırıldığını söyləyib.
“Danışacaq heç bir şey yoxdur” deyə söyləyən baş nazir əlavə edib: “Danışacaq tək şey bayrağımızdır. O bayrağın rəngi şəhidlərimizin qanı, hilalı (aypara-red.) müstəqilliyimizin simvolu, ulduzu şəhidlərimizin göy üzündə parlayan ulduzudur.
Bunlarla bağlı danışcaqsaq, danışaq. Yoxsa məmləkəti, milləti terrorla, qorxu ilə sarsıdacağınızı düşünərsəniz, bacara bilməyəcəksiniz”.
Qeyd eək ki, Binali Yıldırımın PKK terror təşkilatına daxildə və xaricdə dəstək verən güclərin olduğunu, günü gəlincə türk millətinin həmin güclərdən hesab soracağını da söyləyib.(musavat)
İnterpress.az