Bakı-Quba yolunun bir hissəsi bağlandıbackend

Bakı-Quba yolunun bir hissəsi bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, təmir-bərpa işləri yalnız bir istiqamət üzrə – Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər aparılacaq. İlkin olaraq işlərə sözügedən yolun 1 km-lik hissəsində start verilib.

Məlumatda bildirilir ki, bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin, Fövqaladə Hallar Nazirliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşlarının xüsusi nəzarəti altında tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.

Bakı-Quba yolunun bir hissəsi bağlandı

ASC sürücülərdən təmir-bəspa işlərini nəzərə almalarını və diqqətli olmalarını xahiş edir. (virtualaz.org)

İnterpress.az