İsrail terrorunda azərbaycanlı yəhudi ölübbackend

İsrail terrorunda azərbaycanlı yəhudi ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilir ki, 32 yaşlı Mila Mişiyeva 25 il əvvəl ailəsi ilə birlikdə Bakıdan İsrailə köçüb. Onun anası Rita, atası Vyaçeslav, bacısı və qardaşı hazırda Aşkelonda yaşayırlar. Mila Mişiyeva isə son vaxtlar Rişon le-Sionda yaşayıb.

Keçmiş Azərbaycan vətəndaşı sabah Aşkelonda dəfn olunacaq.

Xatırladaq ki, Tel-Əvivdə iki nəfər “Sorona” ticarət mərkəzində yerləşən kafedə insanlara atəş açıb. Onların polis tərəfindən saxlanıldığı bildirilir. Baş verən terror aktı zamanı 4 nəfər ölüb, 6 nəfər yaralanıb. (apa)

İnterpress.az