Dabankeşlə döyülən gəlinin qayınatası danışdıbackend

Dabankeşlə döyülən gəlinin qayınatası danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1995-ci il təvəllüdlü Aytən Bəhlul qızı Bayramova baş və aşağı ətrafın əzilməsi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən ayaqqabı geyinmək üçün istifadə edilən dabankeşlə döyülüb.

Aytən Bayramovanın qayınatası Osman Bayramov bildirib ki, gəlinin döyülməsi barədə deyilən sözlərin əsassızdır: “Oğlumun ailəsi ilə bir evdə yaşayırıq. Hadisə baş verən günü oğlum işdən gəlib, paltar istəyib. Paltarın üstündə ləkə olduğuna görə, yoldaşını danlayıb.

Qadın da xəstə olduğuna görə işləri çatdırmadığını deyib. Bunun üstündə olub mübahisələri. Amma döyülmə olmayıb. Sonra oğlum Gəncəyə iş üçün getdi. Evə gələndə gəlinim mənə xəstə olduğunu, oğlumun isə onu müalicə etdirmədiyini, oğlumu tutduracağını dedi. Sonra atasına zəng etdi ki, gəlsin onu aparsın. Qonşular, qohumlar hamısı gəlib onu sakitləşdirdilər.

Bu məqamda atası polislə birlikdə gəldi. Atasını görən kimi gəlinin ürəyi getdi, o da maşına mindirib xəstəxanaya apardı. Oğlumun onu dabankeşlə vurması doğru deyil. Onun baş ağrıları olurdu, hər dəfə xəstəxanaya aparmağımızı istəyirdi. Bir müddət əvvəl apardıq, müayinə etdirdik. Həkim heç bir probleminin olmadığını, baş ağrılarının nevrozla əlaqədar ola biləcəyini dedi. Amma uşağı südlə qidalandığına görə həkim müalicə yazmadı. Hələ atası evində yaşayanda da özündəngetməsi olurdu”.

O. Bayramov bildirib ki, gəlini sonuncu dəfə ötən il sentyabrında özü evdən çıxıb atası evinə gedibmiş. Bir müddət qalandan sonra yenidən geri qayıdıb:
“Evə qayıdandan sonra bizdən üzr istədi. Belə davranmasına anasının səbəb olduğunu deyirdi. Hətta məni özünə ata, yoldaşımı da ana hesab etdiyini deyirdi. Anası hər dəfə evimizə gələndə belə dava düşürdü. Biz oğlumla gəlinimin ayrılmasını istəmirik. İki qızları var. Biri 2 yaşı keçib, ikinci də 2 aylıqdır. O uşaqların gələcəyini düşünürük. Boşanmalarına razı deyilik”.

Qeyd edək ki, faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır. Aytənin həyat yoldaşı Eldəniz Bayramov isə saxlanılmayıb. (publika.az)

İnterress.az