Belə bəyanatla Birləşmiş Ştatlar müdafiə naziri Maykl Karpenter çıxış edib. Onun sözlərinə görə, Rusiya qoşunlarına Tallini və ya Riqanı tutmaq üçün cəmi 60 saat vaxt lazım gələcək.
“The Weekly Standard” nəşrinin yazdığına görə Maykl Karpenter bu barədə Senatın beynəlxalq əlaqələr komitəsində RAND Corporation şirkətinin Pentaqonla birgə keçirilən təlimlərin nəticələrinə əsasən fevral ayında açıqladığı hesabatla bağlı bildirib. Hesabatda deyilirdi ki, əgər Rusiya Baltik ölkələrinə hücuma keçsə cəmi iki sutkaya NATO-nun regiondakı hərbi qüvvələrini və həmin ölkələrin silahlı qüvvələrini darmadağın edəcək.
Karpenterə görə Rusiya Baltik ölkələrinə hücum zamanı NATO-nu həqiqətən zaman və məsafə baxımından qabaqlayacaq. Lakin onun sözlərinə görə, 2017-ci ilin sonlarında Rusiyanın bu üstünlüyü minimuma enəcək, çünki alyans həmin vaxta qədər şərq cinahında zirehli tank briqadası yerləşdirəcək.
RAND şirkətinin mütəxəssisləri qeyd edirdi ki, NATO Baltik ölkələrini qormaq imkanında deyil. Ən zəif nöqtələr isə Latviya və Estoniyadır. Hesabata əsasən NATO Baltik ölkələrinin sürətli işğalının qarşısını almaq üçün regionda yeddi briqada, o cümlədən üç tank briqadası və bir aviasiya eskadrilyası yerləşdirməlidir.
Hazırda NATO Şərq Avropa ölkələrində soyuq müharibə dövründən bu yana ən irimiqyaslı hərbi təlimlərini keçirir. Təlimlərin bir hissəsi Baltik dənizində keçirilir. Rusiya bu təlimləri və NATO-nun onun sərhədlərinə yaxınlaşmasını hərbi təhdid kimi qəbul edir, sərt cavab tədbirləri görəcəyini bildirir. (virtualaz.org)
İnterpress.az