Azərbaycan prezidenti səfər zamanı Bundestaqda da görüşlər keçirməliydi. Lakin İlham Əliyev bu qətnamənin qəbuluna etiraz olaraq Bundestaqdakı görüşlərini proqramdan çıxarıb. Məlumatı TRT Avaz yayıb.
Azərbaycan prezidenti habelə Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun iclasını da təxirə salıb.
Xatırladaq ki, Azərbaycan prezidenti iyunun 6-da Almaniyaya səfər edib. Orada bir sıra işgüzar görüşlər keçirib və kansler Angela Merkellə görüşüb.
İnterpress.az