İştirakçılar partlayışın baş verdiyi Midyat rayonunda bir araya gəliblər. Yüzlərlə etirazçı əllərində türk bayraqları terrora lənət yağdıriblar və PKK əleyhinə şüarlar səsləndiriblər. Onlar “Lənət olsun PKK-ya” şüarı ilə Midyat rayon baş polis idarəsinin binası önünə gəlib, buradan hökumət evinə doğru yürüş ediblər.
Aksiyada diqqət çəkən məqam isə yürüş iştirakçılarının hamısının kürd olmasıdır. Beləliklə, məlum olur ki, kürdlər heç də Abdullah Ocalanın və ya PKK, PYD və YPG-nin yanında deyillər
Aksiya iştirakçısı Veysi Atakul deyib: “Bu, dövlətimizə, müsəlmanlara qarşı törədilən bir hücumdur. Biz vətənimizi və müsəlmanlığı təmsil edirik. Lazım gələrsə, polisin bəs etmədiyi yerdə biz də döyüşərik”.
Aksiya iştirakçısı Burhanəddin Nayır isə deyib: “PKK-nı pisləyirik. Bunlar başımıza bəla oldular. Əsgərlərimizə, polislərimizə, qadın və uşaqlarımıza hücum edirlər. Allah onlara bunun cəzasını versin.”
Terrora qarşı xalq yürüşlərinin yaxın günlərdə Türkiyənin müxtəlif şəhərlərində də davam edəcəyi gözlənilir. (ans)
İnterpress.az