Ərdoğan cümə günü torpağa basdırılacaq Məhəmməd Əlinin dəfninə qatılmayacaq.
Cümə axşamı ahsıxa türklərinin təşkil etdiyi iftar süfrəsindən sonra Türkiyəyə qayıdacaq. Buna səbəb Rəcəb Tayyib Ərdoğana qarşı edilən hərəkətin xoş qarşılanmaması olub. Məhəmməd Əlinin məzarı üstünə Kəbə örtüyündən bir parça qoymaq istəyən prezidentə rədd cavabı verilib. Bunu özlərinin edəcəklərini deyərək, parçanı Ərdoğandan alıblar.
Ərdoğan və Din naziri Mehmet GörmezinQurani-Kərimi oxumaq istəyinə də etiraz edən dəfnin təşkilatçıları Türkiyə prezidentinə qarşı hörmətsizlik edib. Bunu əsas gətirərək, Rəcəb Tayyib Ərdoğan səfərini yarıda qoyub geri qayıdacağını deyib.
Dəfn namazı qılınan zaman isə türkiyəli cangündənlərlə onların amerikalı həmkarları arasında qarşıdurma yaşanıb.
Bir neçə gün öncə Ərdoğanın Məhəmməd Əlinin vida mərasimində çıxış etməyəcəyi də deyilib. Boksçunun ailəsinin sözçüsü Bob Qunnell çıxış edəcək şəxslər siyahısında xaricdən gələn qonaqlara yer ayrılmadığını bildirib.
Qunnell belə olan halda prezident Ərdoğan və İordaniya kralı 2-ci Abdullahın çıxışlarının proqramdan çıxarıldığını bildirib.(ans)
İnterpress.azhttps://youtube.com/watch?v=85KAAwL7H-U