Qapını gec açdı, uşağı öpmədi, bıçaqladımbackend

Qapını gec açdı, uşağı öpmədi, bıçaqladım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ər onu \”soyuq\” qarşılayan arvadını bıçaqlayıb. 50 yaşlı Bəxtiyar Məmmədovun bıçaqladığı 43 yaşlı Aytəkin Mehdi qızı Qudrətova xəstəxanaya çatdırlıb. Kişi isə polis tərəfindən saxlanılıb. Saxlanılan şəxs istintaqa doğum gününü qeyd etmək üçün Astaraya getdiyini, geri döndüküdə isə həyat yoldaşının ona qarşı davranışlarının dəyişdiyini bildirib.

Bu isə kişinin xətrinə dəyib. Qadından inciyən Bəxtiyar Məmmədov bıçağa əl atıb. Qeyri-rəsmi nikah münasibətlərində olan qadını bıçaqlayan 50 yaşlı Bəxtiyar Məmmədov əməlinə haqq da qazandırmağa çalışıb.

Bəxtiyar Məmmədov – saxlanılan şəxs: \”Qapını döydüm, bir az gec açdı. Dedi ki, niyə gəlmisən. Həm də uşağı öpmədi Oturdum fikirləşdim ki, bu nə deməkdir. Mən burada başqa adam deyiləm axı. Soyuq münasibət göstərdiyinə görə, sözümüz çəp gəldi. Mən də bıçağı götürüb vurdum\”.

Faktl bağlı istintaq aparılır.

Qeyd edək ki, Bəxtiyar Məmmədov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhlumluq həyatı yaşayıb. (Region TV)