Milli Məclisin məlumatına görə, Azərbaycan prezidentinin təqdimatı ilə Miqrasiya Məcəlləsinə yeni maddələr əlavə edilir.
Məcəlləyə təklif edilən yeni 37.12-ci maddəyə görə, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydası Məcəllənin 38-ci maddəsi ilə müəyyən olunur. Məcəllənin 38-ci maddəsi isə əlavədən irəli gələrək dəyişdirilərək başqa formatda verilir və yeni qaydaları təsbit edir. Qaydalar belədir:
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. (apa)
İnterpress.az