Mariya Zaxarova prezidentlərin görüşü barədə acıqlama verdibackend

Mariya Zaxarova prezidentlərin görüşü barədə acıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytından çıxarilması redaktə məqsədi daşıyır.

Məlumatına görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin başçısı Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib: “Söhbət materialın qeyri-səhih tərtibindən gedir. Gözlənilən hadisə barədə baş vermiş fakt təəssüratı yaranırdı. Məlumatda düzəliş edildi. Xəbərdə söhbət hipotetik görüş imkanından gedirdi. Görüş imkanı müzakirə edilirdi”.

Mariya Zaxarova prezidentlərin görüşü barədə acıqlama verdi

Mariya Zaxarova – Rusiya XİN-in mətbuat xidmətinin başçısı

Mariya Zaxarova bildirib ki, məsələ Rusiyanın prezident administrasiyasının səlahiyyətindədir: “Bu, kompliment kimi səslənir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini öz əlinə alıb. Biz heç kimi dialoqdan çıxarmırıq. Fikir mübadiləsi edirik, söhbət edirik, əlaqə saxlayırıq və həmsədrlərin rolunu yüksək qiymətləndiririk. Biz mövcud formatda fəal işləyirik”.

Rusiya mətbuatının yazdığına görə, tərəflərin görüşü iyun ayının sonunda Sankt-Peterburqda baş tuta bilər. Kremlə yaxınlığı ilə tanınan rus politoloq Sergey Markov bu fikri təsdiqləyib. Markovun dediyinə görə, bundan əvvəlki görüş Qərbdə baş tutduğuna görə Moskva budəfəki görüşün Rusiyada baş tutmasını çox istəyir.

Mariya Zaxarova prezidentlərin görüşü barədə acıqlama verdi

Çünki bu, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Moskvanın daha önəmli rol oynamasını göstərir. Amma Markovun fikrincə, görüş iyunun ortalarında, yəni 16-18 iyunda Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində mümkündür. Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi bu foruma Azərbaycan və Ermənistan prezidentləri də dəvət edilib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

Mariya Zaxarova prezidentlərin görüşü barədə acıqlama verdi

Azərbaycanın işğal olunan əraziləri

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. (ans)

İnterpress.az