Türkiyədə zəlzələ baş verdibackend

Türkiyədə zəlzələ baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bingöl şəhərində Rixter şkalası üzrə 4.5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Ötən gecə saat 22:00 radələrində baş vermiş zəlzələ ətraf ərazilərdə də hiss edilib.

Məlumata görə, Bingöldə baş verən zəlzələ insan tələfatına və dağıntılara səbəb olmayıb. Sakinlər arasında təşviş yaşanıb.

Qısamüddətli davam edən yeraltı təkanların ocağı yer səthindən 6.88 kilometr dərinlikdə olub. Şəhər mərkəzindəki yaşayanlar bir müddət evlərindən çıxaraq açıq havada qalmalı olublar. (ans)

İnterpress.az