Bu kənddə kişilər su daşımaq üçün arvad alırlarbackend

Bu kənddə kişilər su daşımaq üçün arvad alırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Mumbay şəhərindən 140 kilometr aralıda yerləşən Denqanmal kəndi quraqlıq bölgədədir. Sakinlərin ən böyük problemi, ən ağır müşkülü içməli sudur.

Qayalıq təpənin yamacının yaxınlığındakı kəndin camaatı suyu uzaqdan daşıyır. Su daşımaq da təbii, yerli adətlərə uyğun olaraq, qadınların və qızların işidir. Denqanmal kəndinin xanımları suyu kənddən 48 kilometr uzaqdakı, qayanın dibində yerləşən iki quyudan gətirirlər. Su gətirmək saatlarla davam edən işdir.

Bu səbəbdən də kənddəki kişilər ailənin “su təminatını yaxşılaşdırmaq” üçün bir yox, iki və ya üç arvad alırlar. Denqanmal kəndinin yerləşdiyi Maharaştra ştatında son onilliklərin ən quraqlıq dövrü yaşanır.

Ümumiyyətlə isə böyüklüyünə görə Hindistanın ikinci ştatı olan Maharaştrada 19 mindən artıq kənddə içməli su problemi var. 100 evdən ibarət Denqanmal kəndində kişilərin tam əksəriyyəti qonşu kəndlərdə fəhlə və ya muzdur işləyirlər.

Poliqamiya, yəni çoxarvadlılıq Hindistanda qanunsuz əməl sayılsa da, məmurlar Denqanmal təki kəndlərdəki olaylara göz yumurlar. (nusavat)

İnterpress.az