Tərkib:
150 qr çiyələk
Nanə yarpağı
Qaymaqlı krem üçün:
130 ml krem “Rama”
80 qr “Maskarpone” pendiri
60 qr “Savoyardi” peçenyesi
20 qr şəkər tozu
5 qr vanil
50 qr süd
Hazırlanması:
Çiyələk doğranır. Qaymağın üzərinə pendir, şəkər tozu və vanil əlavə edilib mikserlə çırpılır. Krem mətbəx torbasına doldurulur. Peçenye südə batılırıb hissələrə bölünür. Qaba peçenye yığılır, üzərinə qaymaqlı krem sıxılıb çiyələk düzülür. Proses iki dəfə təkrarlanır. Desertin üzərinə nanə yarpağı qoyulub servis edilir.
İnterpress.az