Kürdlər yeni dövlət qurur: “Ölümsüz gəlin”backend

Kürdlər yeni dövlət qurur: “Ölümsüz gəlin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda PYD-nin Münbiç şəhərinə hücumları davam edir. ABŞ şəhərə hücum edən dəstənin ərəblərdən ibarət olduğunu desə də, PYD-nin liderlərindən olan Mahmud ər-Rəş əməliyyata rəhbərlik edir. Hazırda PYD-nin şəhərin mərkəzinə çatmasına 1,5 kilometr qalıb.

PYD-nin Münbiç şəhərinin adını kürd dilində “ölümsüz gəlin” mənasını verən Mabuk adına dəyişdirdiyi, ələ keçirilən bölgələrdə demoqrafik dəyişiklik edərək, etnik təmizləmə ilə məşğul olduğu da bildirilir.

Münbiç şəhərinin bələdiyyəsi Münzir Əbu Sellel deyib ki, PYD Əbu Emced adlı Əsəd tərəfdarını şəhərə rəhbər təyin edib: “Artıq Münbiç Xalq Məclisi adında idarəetmə orqanı düzəldiblər. Tel-Abyad hadisələrinin burada da davam edəcəyi görünür. Yerli əhalinin evlərini əlindən alacaqlar və bölgə Kürdüstan layihəsinə daxil ediləcək”.

Onun sözlərinə görə, şəhər əhalisinin cəmi 3 faizi kürdlərdir.

“Amma PYD əsas əhali olan ərəbləri köçürərək, kürdləri yerləşdirəcək”, – o bildirib. (musavat)

İnterpress.az