\”Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq idealogiyası müstəqilliyimizin bərpasından sonra təkcə Azərbaycan Respublikasının deyil, bütün dünya azərbaycanlılarının ideologiyası səviyyəsinə yüksəlib. Azərbaycan xalqı öz dilini və mədəniyyətini bütün assimilyasiya basqılarından qoruyaraq bu günə kimi yaşada bilib. Dil millətin var olmasında ən mühüm amildir”.
\”Kaspi” liseylərinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən \”Xarı Bülbül” adlı əl işləri və rəsm əsərlərindən ibarət xeyriyyə sərgisində səslənən bu fikirlər milli yaddaşa söykənməyin əsas olduğunu bir daha xatırlatdı. \”Kaspi” liseylərində təhsil alan 8-12 yaş arası uşaqların hazırladıqları milli əlbisələr, əl işləri və rəsm əsərləri tədbirə qatılan millət vəkilləri, ictimai-siyasi xadimləri, KİV rəhbərləri və jurnalistlər üçün əsil sənət nümayişinə çevrildi.
\”Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva tədbir iştirakçılarını salamlayaraq tədbir öncəsi şagirdlərin özləri tərəfindən hazırlanan və nümayiş etdirdikləri milli geyim modellərini və musiqili kompozisiyaların təqdimatını düşmən üzərində qələbənin müjdəsi kimi dəyərləndirdi: \”Biz bu uşaqlardan qələbə müjdəsini aldıq. İnşallah tezliklə düşmən üzərində qələbəmiz də reallaşar”.
Vətən mövzusunun milli yaddaşımızı möhkəmləndirdiyini deyən S.Vəliyeva \”Biz bu yaddaşla torpaqlarımızın bir qarışını düşmənə verməyəcyik”- deyə qeyd etdi: \”Biz \”Milli təhsil amalımızdır” sözlərini şüara çevirərək fəaliyyətə başladıq. Kaspi Liseyini açarkən özümüzün 10 illik təhsil təcrübəmizə əsaslandıq. Həmçinin yerli təhsil sektorunu araşdıqrdıq. Beynəlxalq təhsildəki qabaqcıl təcrübəni öyrəndik”.
Gələcəyin qurucularını yetişdirməyi əsas məqsədə çevirdiklərini deyən təsisçi, Azərbaycançılıq idealogiyasına söykənməyin vacib olduğunu vurguladı: \”Milli dəyər əsasdlr. Ona söykənib qalxmalıyıq”. Ulu öndər Heydər Əliyevin \”Milli yaddaş əsasında dövlət öz idealogiyasını qurmalıdır. Bu, azərbaycançılıq idealogiyasıdır”- sözlərini xatırladan S.Vəliyeva prezident İlham Əliyevin də təhsilə yüksək diqqət və qayğı göstərdiyini vurğuladı: \”Ölkə başçısının bu sahəyə ayırdığı diqqət və qayğı bizə də şərait yaratdı ki, bu sahədə olan fəaliyyətlərimizi daha da gücləndirək. Elmə, təhsilə olan münasibət dövlətə olan münasibətdir”.
Azərbaycançılıq ideologiyasının milli birliyin təməl pirinsipi olduğunu bildirən S.Vəiyeva təhsilin bünövrəsinin məktəb olduğunu qeyd edərək, bu gün şagirdlərin azərbaycançılıq ruhunda tərbiyə olunmasının vacib olduğunu vurğuladı: \”Bizim üçün dil, torpaq, yurd, sərhədlərimizin hardan başlayıb harda qurtarması əsasdır. Biz mütləq uşaqların beyninə milli yaddaşı ötürməliyik”.
S.Vəliyeva gənclərimizin, o cümlədən şagirdlərin Azərbaycanla bağlı tarixi həqiqətləri, xalqımıza qarşı törədilən faciələri dərindən bilmələri, milli yaddaşımızın möhkəmlənməsi baxımından belə sərgilərin əhəmiyyətini xüsusi vurğuladı: \”Hər bir gəncin Vətən, dövlət qarşısında vətəndaşlıq borcu var. Gənclərimiz onların təhsil almaları üçün yaradılan şəraitdən istifadə edib vətənpərvər şəxslər kimi yetişməlidirlər, onlar ölkəmizin gələcəyidirlər”.
S.Vəliyeva sərgidə nümayiş etdirilən bütün işlərin \”Kaspi” liseyləri şagirdlərinin əməyinin məhsulu olduğunu qeyd etdi: \”Biz onların əməyini bu şəkildə qiymətləndirməyə çalışdıq. Düşündük ki, bu rəsm işlərinin xeyriyyə məqsədi ilə satış sərgisini təşkil edək”.
Tədbirdə çixiş edənlər ölkəmizdə şagirdlərə həm xeyriyyəçilik hissinin aşılanması, həm də onlarda yaradacılığa olan həvəs və qabiliyyətlərin yüksəldilməsi məqsədil ilə atılan hər bir addımı təqdir etdiklərini və dəstəklədiklərini vurğuladılar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova milli-mənəvi dəyərləri yaddaşlara həkk etməyin, cəmiyyətə sağlam mesajlar ötürməyin vacib oldugunu vurğuladı: \”Biz milli yaddaşı, milli kimliyi qoruyuruqsa, demək Vətənimizi, ailəmizi qoruyuruq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da bu gün uşaqların milli ruhda, xeyriyyəçilik ryhynda böyüməsinin əhəmiyyətindən danışdı: \”Bu ruhda böyüyən şagirdlər sözsüz ki, gələcəkdə əsil vətənpərvərlər olacaqlar”.
Uşaqlarım çəkdikləri əsərlər içərisində çox gözəl yaradıcılıq işlərinin olduğunu qeyd edən sənətşünas Ziyadxan Əliyev çıxış edərək \”Kaspi” liseylərinin şagirdləri tərəfindən təşkil olunan bu kimi xeyriyyə sərgilərinin sosial mahiyyətini qeyd etdi: \”Kaspi Liseyi uşaqlara təhsil verməklə yanaşı onların istedadlarının üzə çıxarılması istiamətində də addımlar atır: \”Şagirdlərin əsərlərinin Milli İncəsənət Muzeyində nümayişi onlar üçün böyük stimuldur”. Xarı bülbülün hamımızın həsrəti olduğunu qeyd edən sənətşünas \”Xarı bülbül bu gün sərgi şəklində paytaxta gətirilib. İnşallah, tezliklə biz Xarı bülbülü Şuşada iyləyə biləcəyik. Bu, bu gün bizə \”Kaspi”nin ərməğanıdır”.
Qeyd edək ki, sərgidə ümumilikdə nümayiş olunan 256 işin hamısı satışa çıxarıldı. Satışdan əldə olunan gəlir isə ənənəyə uygun olaraq xeyriyyə məqsədilə ilə xərclənəcək.